Jam SS teatrı 2018-ci ildə Aziz Azizovun rəhbərliyi, ABŞ-ın Azərbaycandaki səfirliyinin dəstəyi ilə Dünya Premyerası "Broadway Story" musiqili tamaşası ilə öz fəaliyyətinə başlamış və indiyə kimi bir çox uğura imza atmışdır. Repertuarlarında 55 tamaşa olan Jam SS teatrı tamaşalarını Rus, İngilis və Azərbaycan dilləri əsasında həm uşaqlar, həm də böyüklər üçün nümayiş etdirir. Belə ki,komandanın tərkibini professional ssenaristlər, xoreograflar, müğənnilər, rəqqas / rəqqasələr və aktyor / aktrisalar təşkil edir. Həmçinin,Jam SS teatr komandası Aprel 2023-də Amerikada öz peşələri haqqında təlim görmüş, ölkəmizdə incəsənət sahəsi üzrə "Open World Program"-da iştirak etmiş ilk komanda olmuşdur. Hal hazırda Jam SS komandasının uşaqlar üçün teatr məktəbi fəaliyyət göstərir. Burda uşaqlara aktyorluq, xoreografiya, vokal dərsləri verilir və özlərini səhnədə sınamaq şansına sahib olurlar.